21:28 29 Sentyabr 2020 206
Ana səhifə Xəbərlər

Ermənilərin atdığı top mərmisi yaşayış evinin üstünə düşdü - 84 YAŞLI KİŞİ DAĞINTI ALTINDA QALDI

Ermənilərin ağır artilleriyadan atdığı top mərmisi yaşayış evinin üstünə düşüb və ev sahibi dağıntının altında qalıb.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, top mərmisi qoşunların təmas xəttinin Tərtər istiqamətində rayonun Qazyan kəndinə düşüb. Qazıyan kənd sakini 84 yaşlı Mustafayev Asif Cəmil oğlu aldığı müxtəlif bədən xəsarəti ilə Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Yaşlı kişini dağıntılar altından qonşuları xilas edib. digər ailə üzvləri təhlükəsiz əraziyə çıxarıldığından o evdə tək olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın