19:21 14 İyul 2020 602
Ana səhifə Xəbərlər

Ermənistan daha iki itkisini açıqladı

Ermənistan Azərbaycan Silahlı Qüvvələri ilə döyüşdə itkilərini etiraf etməyə davam edir.

APA TV-nin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan daha iki erməni hərbçinin öldüyünü açıqlayıb.

Kiçik serjant Smbat Qabrielyan və kiçik serjant Qrişa Matevosyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən döyüşdə məhv edilib.

Ş.Stepanyan bundan əvvəl bir mayor və bir kapitanın döyüşdə öldürüldüyünü açıqlamışdı.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın