15:21 31 Oktyabr 2020 272
Ana səhifə Xəbərlər

Ermənistan ordusu Ağdamın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub

Ermənistan ordusu bu gecə saat 00:05 radələrindən başlayaraq Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Yerli sakinlərin APA TV-nin Qarabağ bürosuna verdiyi məlumata görə, mərmilərdən bir neçəsi rayonun Xındırıstan kəndində yaşayış evlərinə düşüb.

Kənd sakini Elgiz Quliyevin dediyinə görə, hadisə səhər saatlarında baş verib: “Səhər-səhər idi, saat 7-ə işləmiş. Çay içirdik. Qəflətən gəlib düşdü buraya. Yaralanan olmayıb. Bu evin arxasına düşdü deyə, ziyanlıq verməyib”.

Müşfiq Nəbiyev də hadisə nəticəsində əhali arasında zərərçəkən olmadığını deyib: “Səhər-səhər oturmuşduq burada, qəfil düşdü həyətə, bu vəziyyət yarandı. Yaralı yoxdur, evə bir az zərər dəyib”.

Dinc sakinlər arasında xəsarət alan olmasa da, onlara maddi ziyan dəyib. Hazırda cəbhə xəttində döyüşlər davam edir. Bütün cəbhəboyu döyüş əməliyyatları Azərbaycan Ordusunun nəzarətindədir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın