03:20 10 Oktyabr 2019 234
Ana səhifə Xəbərlər

Əsgərlikdən qayıdan gənc qonşu oğlanı öldürdü - FOTOLAR CİNAYƏTİ AÇA BİLƏR

Yevlaxda 17 yaşlı gənc öldürülüb. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, qətl rayonun Havarlı kəndində törədilib.

Kənd sakini - 2002-ci il təvəllüdlü Rasim Abid oğlu Nəzərov qonşusu - bir həftə öncə hərbi xidmətdən gələn Bəkirov Yasin Göyüş oğlu ilə mübahisə edib.

Bu zaman Yasin Bəkirov Rasimin ürək nahiyəsinə bıçaqla zərbə endirib. Xəstəxanaya çatdırılan 17 yaşlı Rasim Nəzərovun həyatını xilas etmək mümkün olmayıb. Çoxlu qan itirən yaralı orada həyatını itirib.

Yasin Bəkirov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın