01:20 08 Noyabr 2019 50
Ana səhifə Xəbərlər

ETSN rəsmisi: “Canavarların kəndlərə hücum sayının artması...”

“Payız və qış fəsli yaxınlaşdıqca canavar və digər yırtıcı heyvanların kəndlərə hücumunun sayının artması payız və qış fəslinin yaxınlaşması ilə əlaqədardır”.

APA TV-nin məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) departament direktoru Hikmət Əlizadə bunun səbəbini heyvanların yem bazasının azalması, qida axtarışına çıxmağa və daha çox qida əldə etmək istəyi ilə əlaqələndirib: "Bu, heç də canavarların sayının çox olması ilə bağlı deyil. AMEA-nın Zoologiya İnstitutundan aldığımız məlumata görə, ölkədə canavarların sayı 2000 baş həddindədir. Bu da ümumi qəbul edilmiş dinamikadan çox da fərqli deyil. Canavarların heyvanlara hücum etməsinin digər səbəbi yaşayış məntəqələrinin sayının artması və insanların evlərinin yırtıcı heyvanların yaşayış arealına girişi ilə əlaqədardır".

Hikmət Əlizadə vəhşi heyvanların hücumlarının qarşısını almaq üçün onlara meşələrdə yemlər qoyulması təklifin ə də münasibət bildirib: "Canavar 40-60 km yolu gedə bilər. Onun yolunu bilmək çətindir. Onlar üçün meşələrə yem qoymağı effektiv saymıram. İnsanlar daha məsuliyyətli olmalıdır. Dünyada çox az sayda ölkələr, o cümlədən, Azərbaycan kənd təsərrüfatı heyvanlarının saxlanması qaydalarına riayət etmir. Heyvanları açıb buraxırıq, sonra da belə hallar olur. Zaqatalada canavarın qoyunlara hücum etməsi halı olub, 7 qoyun tələf olub. Araşdırdıq ki, fermerlər toya gedib, qoyunları açıq ərazidə qoyublar. Heyvanları qorumaq üçün elektrik çəpərinin çəkilməsindən istifadə oluna bilər”.

Nazirlik rəsmisi bildirib ki, canavarların sayı təhlükəli həddə çatarsa, o zaman dövlət tərəfindən müdaxilə oluna bilər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın