18:54 13 Fevral 2020 475
Ana səhifə Xəbərlər

Evdən 18 700 manatlıq qızıl sikkələr oğurlayan şəxs yaxalandı – ŞƏKİDƏ

Şəkidə evdən 18 700 manatlıq qızıl sikkələr oğurlayan gənc saxlanılıb.

APA TV-nin məlumatına görə, şəhər sakini polis əməkdaşlarına müraciət edərək evdə olmadığı zaman mənzilindən qızıl-zinət əşyaları və pulun oğurlanması barədə məlumat verib.

Bundan sonra hadisə yerinə baxış keçirilib. zərərçəkənə məxsus evdən 18 700 manat dəyərində qızıl sikkələrin və 3100 ABŞ dollarının oğurlandığı müəyyən olunub.

Keçirilən əməliyyat zamanı oğurluğu törətməkdə şübhəli bilinən Şəki şəhər sakini 19 yaşlı Abdullətif Əliyev saxlanılıb. O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı qızılların bir qismi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi açılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın