06:40 25 Fevral 2020 220
Ana səhifə Xəbərlər

Evdən 27 min dollar oğurlasa da, xərcləyə bilmədi – AĞDAMDA ƏMƏLİYYAT

Ağdamda evdən külli miqdarda pul oğurlayan şəxssaxlanılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Quzanlı qəsəbə sakini Şahnaz Zalovaya məxsus evdən oğurluq edən Sabir Əliyev tutulub: “20 fevral 2020-ci il tarixində Ağdam rayon Quzanlı qəsəbə sakini Şahnaz Zalova yaşadığı evdən pul oğurlanması barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Ağdam rayon polis şöbəsinin əməkdaşları apardığı araşdırma zamanı Sabir Əliyev şübhəli şəxs qismində saxlanılmış və oğurluq əməlini etiraf edib”.

Araşdırma zamanı məlum olub ki, Sabir Əliyev evdən 27 min 360 ABŞ dolları oğurlayıb.

Saxlandıqdan sonra o, törətdiyi əməlini etiraf edib və pulun bir qismini xərclədiyini bildirib: “Bilmirdim evdə pul olduğunu. Girib axtardım və pulu tapdım, apardım. Mən əvvəlcədən bu ailəni tanıyırdım. 4 gün əvvəl həmin evdə olmuşdum”.

Pulun bir qismi Şahnaz Zalovaya qaytarılıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın