18:00 14 Yanvar 2020 247
Ana səhifə Xəbərlər

Evlərdən oğurluq edib kafedə xərclədi

Ötən ilin dekabr ayının sonlarında Xaçmaz rayonu ərazisində yerləşən iki fərdi yaşayış evindən 1600 manat pul və məişət avadanlıqları oğurlayan şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Quba rayonunda regional qrupundan APA TV-yə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən araşdırmalarla onun rayon sakini, 23 yaşlı Cavid Xanbabayev olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs evlərə qanunsuz daxil olaraq, oradan zərərçəkmişlərə məxsus pul və avadanlıqları oğurladığını etiraf edib. Qanunsuz olaraq əldə etdiyi pulları kafe və restoranlarda xərcləyən C.Xanbabayev avadanlıqların bir qismini dəyərindən ucuz qiymətə satdığını bildirib. Bir ədəd televizor isə polis əməkdaşları tərəfindən onun evindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub: “27 dekabr 2019-cu ildə küçə ilə gedərkən Yusif müəllimgilin evinin boş olduğunu gördüm. Evə daxil olub məişət avadanlığını götürdüm və satdım. Bir neçə gün sonra-dekabr ayının 31-i – başqa bir qonşunun evinə daxil olub 1600 manat pul götürdüm və xərclədim. Əməlimə görə peşmanam”.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın