08:00 03 Oktyabr 2019 222
Ana səhifə Xəbərlər

Eyvandan içəri  girdilər - 10 MİN MANATLIQ OĞURLUQ

Mingəçevirdə mənzildən oğurluq edilib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Energetik yaşayış massivində, Cəmil Əliyev küçəsi 9 a ünvanında baş verib.

Beşmərtəbəli binanın birinci mərtəbəsindəki Arif Abdulkərimova məxsus mənzil qarət olunub. Axşam saat 20:00-21:00 radələrində mənzilə eyvandan daxil olan şəxs və ya şəxslər 10 min manat dəyərində qızıl-zinət əşyaları aparıb.

Həmin şəxslərin tapılıb-tutulması istiqamətində əməliyyat aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın