16:00 10 Sentyabr 2019 34
Ana səhifə Xəbərlər

Fəhlə işlədiyi evdən oğurluq etdi: “Çatdıra bilmirdim”

İsmayıllıda yaşayış evindən oğurluq olub.

APA TV-nin yerli bürosunun məlumatına görə, sentyabrın 6-da Rayon Polis Şöbəsinə məsələ ilə bağlı şikayət daxil olub: “Hadisə yerinə baxış keçirilib və zərərçəkmişə məxsus evdən ümumi dəyəri 1400 manat olan 2 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı və pul oğurlandığı müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin həmin evdə fəhlə işləyən İsmayıllı rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 37 yaşlı Elçin Ağayev olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılıb”.

E. Ağayev törətdiyi əməli etiraf edərək, oğurladığı qızıl-zinət əşyalarını Bərdə və Qəbələ rayonlarında qızıl alqı-satqı məntəqələrində satdığını bildirib. Oğurlanmış qızılların bəziləri həmin məntəqələrdən maddi sübut kimi götürülüb: “Xəstə uşağım var, məcburiyyətdən elədim. Çatdıra bilmirdim. Əməlimə görə peşmanam”.

Faktla bağlı cinayət işi başlanılıb, E. Ağayevin başqa cinayətlərdə də şübhəli bilinir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın