23:05 25 Mart 2020 503
Ana səhifə Xəbərlər

"Fənərbaxça"nın futbolçusu koronavirusa yoluxdu

"Fənərbaxça"nın futbolçusu koronavirusa yoluxub.

APA TV-nin məlumatına görə, bu gün klubun bazasındakı testlərdən sonra iki nəfərdə koronavirus pandemiyasının əlamətləri aşkarlanıb.

İstanbul təmsilçisinin hücumçusu Maks Kruzedə bu xəstəliyin əlamətləri aşkarlanıb.

Keçirilən müayinədən sonra 32 yaşlı oyunçunun testlərinin nəticəsi müsbət çıxıb və o, xəstəxanaya aparılıb. Almaniya millisinin üzvünün müalicəsinə artıq başlanılıb.

Həmçinin "sarı-lacivərdlilər"in basketbol komandasının da 6 üzvündə bu infeksiyaya rast gəlinib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın