07:20 26 Mart 2020 675
Ana səhifə Xəbərlər

Fərhad Bədəlbəylinin qızı və kürəkəni karantinə yerləşdirildi

Fərhad Bədəlbəylinin qızı və kürəkəni karantinə yerləşdirilib.

Bunu APA-yaaçıqlamasında Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib.

“Olduqca təhlükəli və faciəvi vəziyyətdir. Bizimkilər başa düşmürlər, küçədə-bayırda gəzirlər, Bulvara çıxırlar, hansı bəla ilə üz-üzə qaldığımızı hələ dərk etmirlər”-deyən xalq artisti ABŞ-dan qayıdan qızı və kürəkəninin hazırda karantində olduğunu vurğulayıb.

O, ailə üzvlərinin karantinə alınmamaları üçün heç bir şey etmədiyini, nə qədər lazımdır karantində qalacaqlarını bildirib.

Fərhad Bədəlbəyli koronavirus pandemiyası ilə mübarizənin müharibəyə bənzədiyini diqqətə çatdırıb: “Bu, müharibədir. Ermənistan kimi virusun biri az idi, indi də koronavirus çıxıb. Bəlkə bu, ondan da təhlükəlidir. Ona görə mən hamıya deyirəm, bir az özünüzə gəlin. Nə qədər restoran olar, nə qədər kef olar, nə qədər qonaqlığa getmək olar? Bəsdir! Bir az ciddilik lazımdır. Ölkə çox çətin vəziyyətdədir. Dövlət hər şey edir. Qocalardan kim təkdir ərzaq göndərəcəklər, könüllülər yaxşı işləyəcəklər. Bizdə bu sistem çox yaxşı qurulub. Ona görə mən hamıya deyirəm, çölə çıxmayın, evdə oturun. O qədər kitab var, oxusunlar, internet var, sosial şəbəkələr, filmlər, seriallar var. Evdə qalıb vaxt keçirmək üçün hər cür vasitə var. Yenə də deyirəm, bu çox ciddi məsələdir. Mənə italiyalı dostlarım da deyirlər, siz orda hamıya başa salın ki, vəziyyət çox ciddidir”- deyə xalq artisti bildirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın