21:20 24 Aprel 2018 774
Ana səhifə Xəbərlər

Fermada itən istedad, alaqotundan maket - REPORTAJ

Ülvi Hacıyev Bərdənin Hacıalı kənd sakinidir. 23 yaşı var, ali təhsillidir. Ailəsi heyvandarlıqla məşğul olduğu üçün uşaqlığından fermada yaşayıb. Lakin onun güclü zəkası çoban olmağına icazə verməyib. Azərbaycan Texnologiya İnstitutunun Biznesin idarəedilməsi fakültəsini bitirib. Sonra vətənə olan borcunu vermək üçün həqiqi hərbi xidmətə yollanıb.

Ülvi hazırda işsizdir, lakin özünü işsiz hesab etmir. Bərdənin "Xam torpaq" adlanan ərazisində atası ilə birlikdə heyvandarlıqla məşğul olur. Amma yenə də boş oturmur, alaq otlarından maket düzəldir. Bu zaman cəmi üç şeydən istifadə edir - karton, alaqotu olan Kalış borusu və yapışqan. Əvvəlcə kartondan xəyalındakı maketi qurur, sonra isə kalış borusu ilə onun üzərini bəzəyir. Oğlunun əl işlərini bəyənən atası onun xəyalını gerçəkləşdirib. Həm eyni maketdə olduğu kimi ev tikdirib, həm də maşını alıb. Lakin Ülvi hələ ki, bu qabiliyyətindən maddi gəlir əldə etmir: "Bəzi sosial şəbəkələrə yükləmişəm işlərimin şəkillərini, onunla da bağlı təkliflər var. Hələ ki elə bir ciddi məşğul olmuram. VSPIŞKA: Maşın öz maşınımızdır, ev də öz evimizin maketidir. "Bisetka"nı da həvəsə düzəltmişəm. Bunu özüm üçün hobbi kimi seçmişəm, bitirdiyim fakültə ilə heç bir əlaqəsi yoxdur. Əsasən gecə vaxtları məşğul oluram. İmkan olduğu qədər bu işlə məşğul olmaq istəyirəm".

Ülvi qabiliyyətini Allahın hədiyyəsi hesab edir. Çünki hobbisi onu nə darıxmağa, nə də çətin ferma həyatından getməyə imkan vermir: "İndiki gənclərə də çağırışım budur ki, pis vərdişlərdən uzaq olub, belə işlərlə məşğul olsunlar. Şəxsən mənim üçün hər bir cəhətdən maraqlıdır. Psixoloji cəhətdən də sakitləşir adam".

Ülvi peşəsindən asılı olmayaraq, hər kəsin boş vaxtlarında bu cür səmərəli işlə məşğul olmasını istəyir.

Müəllif | Apa.Tv

Ayşən Əhməd

Kodu kopyalayın