02:40 23 May 2020 510
Ana səhifə Xəbərlər

FHN: "Alov qüllələri" yaxınlığında yanğın barədə yayılan məlumatlar həqiqəti əks etdirmir

"Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb".

Bu barədə APA TV-yə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, göstərilən ərazidə heç bir yanğın hadisəsi baş verməyib, yayılan video və şəkillər bir neçə il əvvəl baş vermiş hadisənin görüntüləridir.

"Bununla bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək hər hansı hadisə barədə daxil olan məlumatları yaymazdan əvvəl FHN-in Mətbuat xidməti ilə dəqiqləşdirməyə və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq", - deyə məlumatda qeyd olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın