09:20 16 Oktyabr 2019 68
Ana səhifə Xəbərlər

FHN əməkdaşları intihara cəhdin qarşısını belə aldı - HADİSƏ ANI

Bakıda intihara cəhdin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər vətəndaşın hündürlüyə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Vətəndaşla psixoloji söhbətlərin aparılması nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın