12:40 08 Avqust 2019 32
Ana səhifə Xəbərlər

FHN əməkdaşları Sabirabadda fermerlərlə görüşüb - MAARİFLƏNDİRMƏ

FHN Muğan regional Dövlət Yanğın Nəzarəti idarəsinin xidməti ərazisinə daxil olan fermerlərlə maarifləndirici seminar keçirib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Sabirabadda Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan regional Dövlət Yanğın Nəzarəti idarəsi xidməti ərazisinə daxil olan Biləsuvar, Neftçala, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarının və Şirvan şəhərinin pambıq tədarükü və emalı ilə məşğul olan fermerlərlə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə seminar-müşavirə keçirib. Tədbirdə Muğan regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi polkovnik Orxan Məmmədyarov tövsiyə və maarifləndirici xarakterli xarakterli çıxış edib. Qurum rəisi öz çıxışında qeyd edib ki, pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tədbirlərinin icra edilməsi üçün pambıq istehsalı və tədarükü ilə məşğul olan bütün sahibkarlıq obyektləri və kəndli fermer təsərrüfatı rəhbərləri yanğının baş verməməsi üçün bütün təhlükəsizlik qaydalarına əməl etməli və qabaqlayıcı tədbirləri yerinə yetirməlidirlər. Tarladan pambıq tədarükü idarəsinə və emal sexlərinə qədər lazım olan bütün yanğınsöndürmə avadanlıqları ilə təmin olunmalı, yanğın törədə biləcək bütün texnika və elektrik təsərrüfatı saz vəziyyətə gətirilməlidir. Yanğın baş verən zaman istifadə olunacaq su hovuzlarında daim suyun olmasını təmin etmək, su hovuzları və onun ətrafında yanğınsöndürən texnikanın sərbəst manevr etməsi üçün meydançalar olmalıdır. Pambıqtəmizləmə zavodlarında və emal müəssisələrində yanğınsöndürən texnikanın yanğın zamanı istiqamətləndirici, həmçinin maarifləndirici lövhələrin düzgün yerləşdirilməsi təmin edilməlidir. Ərazilər quru otlardan, yanğın törədici pambıq liflərində vaxtlı-vaxtında təmizlənməsi ciddi prosedurlardan biri olmalıdır. Yanğının statistik göstəriciləri ilə seminar iştirakçılarını tanış edən qurum rəhbəri təhlükəsizlik qaydalarına düzgün əməl edilməməsi ucbatından ötən il bahalı texnikaların yanması hallarını qeyd edib. Digər çıxışçılar da öz məruzələrində baş verə biləcək yanğının fəsadlarından danışaraq strateji məhsul olan pambığın ölkə iqtisadiyyatında rolunu qeyd edərək yanğının qarşısının alınması mövsümün ən vacib tədbirlərindən biri olmasını vurğulayıblar. Sonda Muğan regional Dövlət Yanğın Nəzarəti idarəsinin əməkdaşları tərəfindən fermerlərə maarifləndirici xarakterli bukletlər və plakatlar paylanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın