23:20 08 Avqust 2019 38
Ana səhifə Xəbərlər

FHN Göygöldə təlim keçirib

Göygöl rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. Təlim zamanı şərti olaraq yanğın baş verdiyi, torpaq sürüşməsi, içməli su hövzələrinin kimyəvi maddələrlə zəhərlənməsi və bu kimi hallar canlandırılıb, onların aradan qaldırılması nümayiş olunub. Məqsəd mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, mülki müdafiə idarəetmə orqanlarının və rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə olunması zamanı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə əməli vərdişlərinin aşılanmasından ibarət olub. Əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının, eləcə də mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib. Göygöl rayonunun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin 254 nəfər şəxsi heyəti, 56 ədəd texnikası, həmçinin Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin texnikasının cəlb olunduğu təlimdə rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilib: “Məqsədimiz rayonun ərazi mülki müdafiə qüvvələrinin, mülki müdafiə xidmətlərinin hazırlıq vəziyyətinin, mülki müdafiə hazırlıq vəziyyətinin yoxlanılması, hər bir mülki müdafiə qüvvəsinin və avadanlığının hadisə yerinə cəlb olunması, hadisə yerində fəaliyyəti, qarşılıqlı tibbi yardım, özünə tibbi yardım, ərazidə xilasetmə işlərinin aparılması və Fövqəladə hallar nazirliyinin əməkdaşları ilə qarşılıqlı iş birliyinin yaradılması, ümumiyyətlə rayonda ərazi xilas etmə qüvvələrinin və mülki müdafiə xidmətlərinin mülki müdafiə hazırlığı vəziyyətinin yoxlanılması olmuşdur”.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın