15:20 15 Noyabr 2019 198
Ana səhifə Xəbərlər

FHN-nin qurumları arasında sərbəst güləş üzrə çempionat yekunlaşıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları arasında sərbəst güləş üzrə çempionat keçirilib.


APA TV-nin məlumatına görə, nazirliyin İdman-Sağlamlıq mərkəzində baş tutmuş yarışda FHN-nin 12 qurumundan 120-dən çox idmançı iştirak edib. Nazirliyin əməkdaşları olimpiya sistemi üzrə keçirlən yarışda 8 çəki dərəcəsində güclərini sınayıb.

Nazirliyin İdman-sağlamlıq idarəsinin rəisi, polkovnik Füzuli Musayev bu qəbildən olan idman tədbirləri ilə ölkə idmanına tövhə verməyə çaılşdıqlarını bildirdi: “Biz bu yarışlardan sonra komandamızın tərkibini müəyyənləşdirərək gələcəkdə Respublika çempionatlarında və beynəlxalq yarışlarda iştirak etməyi planlaşdırırıq. İdmançılarımızın, əməkdaşlarımızın beynəlxalq yarışlara qatılmasını gözləyirik. Təbii ki, ən əsas məqsədimiz odur ki, bizm əməkdaşlarımızın hər zaman fiziki durumları yüksək səviyyədə olsun və onunla da birgə asudə vaxtlarının keçirilməsi də səmərəli olsun”.

Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev yarışlarda mükafat qazanan idmançıların gələcəkdə Azərbaycan güləşinə fayda verəcəyini bildirdi: “Yarışın təşkilatçılarına və FHN-ə və burada təşkilati işlərlə məşğul olan hər kəsə minnətdarlığımı bildirirəm. Belə bir möhtəşəm arenada 2 gün ərzində güləş çempionatının keçirilməsi təqdirəlayiq hadisədir. Mən də yarışın final görüşlərini izlədim. Həqiqətən də təsiredici məqamlar var. Belə yarışların keçirilməsi güləşimizin inkişafından xəbər verir”.


Sonda qalib və mükafatçılar diplom və medallarla təltif edilib.


Xatırladaq ki, yarşı beynəlxalq dərəcəli hakim Abdul Nuriyev idarə edib.

Həmidağa Məcidov, Əli Ələkbər, APA TV.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın