12:01 03 May 2021 101
Ana səhifə Xəbərlər

FHN xilasetmə əməliyyatı görüntülərini yayıb

Fövqəladə Hallar Nazirliyi ötən gün baş verən hadisələrlə bağlı məlumat yayıb.

APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 10 yanğına çıxış, 1 nəqliyyat qəzası və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görüləntəcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın