19:25 24 Fevral 2021 68
Ana səhifə Xəbərlər

Gədəbəy sakini ehtiyatsızlıqdan maşınının altında qalıb

Gədəbəydə bədbəxt hadisə baş verib.

Hadisə rayonun Böyük Qaramurad kəndin qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdü Ələsgərov Lətif Qəşəm oğlu ehtiyyatsızlıqdan özünə məxsus “QAZ 24” markalı avtomobilin altında qalaraq xəsarət alıb. Dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 60 yaşlı kənd sakini Lətif Ələsgərovun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, mərhum şəkər xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın