17:02 26 Sentyabr 2020 167
Ana səhifə Xəbərlər

Gədəbəydə qadın keçmiş əri tərəfindən bıçaqlandı – VƏZİYYƏTİ AĞIRDIR

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəyirmandağı kəndində qeydə alınıb.

Rasim Məsimov aralarında yaranmış münaqişə zamanı keçmiş həyat yoldaşı, rayonun Qurudərə kənd sakini, 1992-ci il təvəllüdlü Zülfiyyə Məsimovanı bıçaqlayıb. Yaralı əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sonradan vəziyyəti ağır olduğundan Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının cərrahiyyə şöbəsinə göndərilib.

İlkin məlumata görə, hadisəyə qadının keçmiş həyat yoldaşına övladı ilə görüşməyə icazə verməməsi səbəb olub. Hadisə onların 10 yaşlı oğlunun gözünün qarşısında baş verib.

Gədəbəy rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı cinayət işi başlanıb. Hazırda cinayəti törətməkdə şübhəli bilinən Rasim Məsimovun tutularaq istintaqa cəlb edilməsi, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Fuad Naizmoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın