03:09 25 Fevral 2021 56
Ana səhifə Xəbərlər

Gədəbəydə qarlı hava sürücülərə çətinliklər yaradıb

Ötən gün axşamdan başlayan qarlı, küləkli hava şəraiti və bəzi yolların buz bağlaması sürücülərin yollarda çətin vəziyyətlərə qalmalarına səbəb olub. Qarlı hava şəraiti Gədəbəy rayonun ucqar kəndlərinə gedən avtomobil yolunda sürücülərə çətinliklər yaradıb.

APA TV xəbər verir ki, dağ kəndlərinə yağan qar bəzi yolların buz bağlamasına səbəb olub. Nəticədə nəqliyyatın hərəkəti çətinləşib. Hərəkətə olan bir neçə avtomobil qarda bataraq yolda qalıblar. Ərazidə xidmət aparan Yol polisin əməkdaşları köməksiz vəziyyətdə qalan sürücülərin imdadına çatıblar. Gədəbəy rayonun Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları qarda batan minik maşınların çıxarılmasına köməklik ediblər. Onların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilib. Qarlı havada avtomobili batan Rusiya vətandaşı olan sürücü deyir ki 2 saat yolda qalmışam.

Hazırda rayonda avtomobilərin hərəkətində çətinliklər olsada aradan qalıdırılıb. Yol polisləri, eləcədə digər müvafiq qurumlar yollarda xidmət aparırlar. Qeyd edək ki, Gədəbəy rayonuna qarın yağması davam edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın