12:11 29 İyun 2020 315
Ana səhifə Xəbərlər

Gəncə sakini Zaqatalada yaxalandı – 3 KQ-DAN ARTIQ NARKOTİKLƏ

Gəncə sakini Zaqatalada külli miqdarda narkotiklə tutulub.

APA TV-nin məlumatına görə, Zaqatala Rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində taksi fəaliyyəti ilə məşğul olan “VAZ 2106” markalı avtomobilin sürücüsü saxlanılıb.

Bu zaman həmin avtomobildə sərnişin qismində əyləşən Gəncə şəhər sakini Rüstəm Məmmədovun narkotik vasitə istifadə etməsinə və üzərində daşımasına dair əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən Rüstəm Məmmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ona məxsus çantadan 3 kiloqram 500 qram qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın