22:40 13 Noyabr 2019 69
Ana səhifə Xəbərlər

Gəncə sakininin iki maşını yandırıldı

Gəncədə iki avtomobil yanıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, Sultan Əliyevə məxsus “Nissan” markalı minik avtomobil və sərnişindaşıma üçün nəzərdə tutulan mikroavtobus yandırılıb.

Hadisə yerinə dərhal FHN-in əməkdaşları cəlb olunub. Yanğının avtomobilin yaxınlığında olan evə keçməsinin qarşısını alıblar. Sultan Əliyev deyib ki, hadisə gecə saatlarında baş verdiyi üçün gec xəbər tutub, özü də qonşular vasitəsilə.

Sultan Əliyevin sözlərinə görə, bu onun başına gələn ilk hadisə deyil. Ancaq ilk dəfə hadisənin texniki nasazlıq ucbatından baş verdiyi güman edilib. Bir neçə ay öncə də eyni hadisə ilə üzləşən zərərçəkən bu dəfə iddia edir ki, naməlum şəxs və ya şəxslər əvvəlcə hər iki avtomobilin üzərinə benzin töküb, sonra isə od vurub. Sultan Əliyev özünün və yaxınlarının heç kimlə ədavətlərinin olmadığını da bildirib.

Zərərçəkənin müraciəti əsasında Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. Hələlik şübhəli kimi saxlanılan yoxdur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın