Gəncədə 14 yaşlı qız dəm qazından zəhərləndi
Gəncədə 14 yaşlı qız dəm qazından zəhərlənib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Totanlı yaşayış massivində qeydə alınıb.
2005-ci il təvəllüdlü Lalə Şıxəli qızı Qurbanova yaşadığıevinhamamında dəm qazından zəhərlənib. Gənc qız dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin kafi olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.