22:40 01 Aprel 2020 208
Ana səhifə Xəbərlər

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

Gəncədə 18 yaşlı gənc bıçaqlanıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə dəmir yolu vağzalının ərazisində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Anar Əliyev qarnının və ürəyinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub. Hazırda Anar Əliyevin vəziyyətinin kafi olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki 18 yaşlı Anar Əliyevi şəhər sakini 17 yaşlı İlham Allahverdiyev aralarında yaranmış şəxsi münasibətlər zəmnində bıçaqlayıb. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İlham Allahverdiyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın