18:26 19 Sentyabr 2020 345
Ana səhifə Xəbərlər

Gəncədə 22 yaşlı gənc bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb. 22 yaşlı Elnur Alıyev qarnının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 22 yaşlı gənc avtobusdan düşən zaman tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın