17:31 01 Mart 2021 56
Ana səhifə Xəbərlər

Gəncədə 4 nəfər, Samuxda isə 1 nəfər dəm qazından zəhərləndi

Gəncədə ər və arvad dəm qazından zəhərlənib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhərin Məhsəti qəsəbəsində yaşayan 1980-ci il təvəllüdlü Elbrus Babayev və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Sahibə Bağırova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Analoji hadisə şəhərin Aydınbəyov küçəsində də qeydə alınıb. Belə ki, iki bacı, 1997-ci il təvəllüdlü Dünya Şahverdiyeva və 2000-ci il təvəllüdlü Səma Şahverdiyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərləniblər. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Bundan başqa Samuxda da zəhərlənmə faktı qeydə alınıb. Rayonun Aluşağı kənd sakini 43 yaşlı Müşfiq Quliyev yaşadığı evin vanna otağında dəm qazında zəhərlənib. Xəstə dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın