17:52 16 Aprel 2021 122
Ana səhifə Xəbərlər

Gəncədə “COVID-19”a qarşı vaksinləmə prosesi davam edir

Bütün bölgələrdə olduğu kimi Gəncədə də “COVID-19”-a qarşı vaksinasiya əleyhinə peyvəndləmə prosesi sürətlə davam edir.

APA TV-nin yerli bürosunun xəbərinə görə, koronavirusla mübarizə istiqamətində şəhərin 6 tibb ocağında və özəl tibb müəssisələrində peyvənd tədbirləri üçün xüsusi otaqlar ayrılıb. Bu günə qədər Gəncədə vaksin olunanların arasında özünü pis hiss edən, vəziyyəti ağırlaşan olmayıb.

İlk gündən yaşı 60-dan yuxarı olan şəxslərin, daha sonra 40 yaşdan artıq insanların peyvənd olunması davam etməkdədir. Ötən həftədən isə yaşı 18-dən yuxarı olan şəxslərin, eləcə də tədris müəssisələrində çalışan müəllim və texniki işçilərin peyvənd olunmasına başlanılıb.

Bu gündən isə “Asan” Xidmət, Vergi xidməti və SOCAR-da çalışan əməkdaşların, eləcə də Gəncədə fəaliyyət göstərən universitet işçilərinin peyvəndlənməsinə start verilib.

Həkim Xalidə Sadıqova peyvəndləmənin yüksək səviyyədə davam etdiyini deyir: “Peyvəndlənmə çox yüksək səviyyədə keçir. Əhali arasında könüllü olanlarda var. Hələki fəsad qeydə alınmayıb. Əhalinin nəzərinə çatdırmaq istəyirik ki, vaksinasiyada fəal iştirak etsinlər. Bizi bu bəladan yalnız vaksinasiya xilas edə bilər”.

Peyvəndləmə prosesi sakinlər tərəfindən də müsbət qarşılanır:

- Mən öz istəyimlə gəlmişəm. Gəldim vaksin vurdurdum. Sağlamlığım üçün, 67 yaşım var, nəvələrim var, qorxdum ki, onlarda tutarlar xəstəlik. Hamını dəvət edirəm, gəlsinlər vaksin vurdursunlar. Heç qorxmasınlar, özümü yaxşı hiss edirəm.

- Birinci vaksini vurdurmuşdum. Bu gündə gəldim ikincini vurdurdum. Özümü rahat hiss edirəm.

Əhalinin koronavirusa qarşı peyvəndləmə prosesi davam edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın