14:20 07 Mart 2021 72
Ana səhifə Xəbərlər

Gəncədə ər və arvad dəm qazından zəhərlənib

Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Nəsibov Said Vaqif oğlu və onu həyat yoldaşı 1995-ci il təvəllüdlü Nəsibova Lamiyə Nəsib qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstələrə lazimi tibbi yardım göstərilib,vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə, ər və arvad yaşdığı evin vanna otağında dəm qazından zəhərlınib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın