16:00 23 May 2020 327
Ana səhifə Xəbərlər

Gəncədə iaşə obyektlərində karantin qaydalarına əməl edilib-edilmədiyi araşdırıldı

Karantin qaydaları yumşaldılsa da bəzi qadağalar hələ də qüvvədə qalıb. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilən bu qadağalara vətəndaşların, eləcə də iaşə obyektlərinin necə əməl etdiyini yoxlamaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsinin əməkdaşları reyd keçirib.

APA TV-nin yerli bürosunun məlumatına görə, reyd zamanı həm qapalı, həm də açıq iaşə obyektlərində koronavirusa qarşı məlumat xarakterli təlimatların yerləşdirilməsi, mətbəxdə işçilərin qaydalara əməl edib-etmədiyi araşdırılıb.

Marketlər əhalinin daha çox toplaşdığı məkan olduğundan, burda virusun yayılma ehtimalı daha çoxdur. Elə buna görə də, reyd zamanı alıcı və satıcıların qoruyucu vasitələrdən istifadə edib-etmədiyi də yoxlanılıb.

Bundan başqa, qida məhsullarının daşınması və saxlanılması qaydalarına əməl edilməsi ilə bağlı müəssisə rəhbərlərinə məlumat verilib. Agentlik tərəfindən hazırlanan metodiki göstərişlər sahibkarlara təqdim olunub.

Qeyd edək ki Agentliyin Regional bölməsi tərəfindən yoxlamalar Gəncə və xidməti əraziyə daxil olan ətraf şəhər və rayonları əhatə edir.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın