18:03 10 Avqust 2020 414
Ana səhifə Xəbərlər

Gəncədə keçmiş məhkumdan narkotik götürüldü

Gəncədə keçmiş məhkumdan narkotik götürülüb.

DİN mətbuat xidmətindən APA TV-nin yerli bürosuna verilən xəbərə görə, şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında narkotik vasitə saxlamaqda şübhəli bilinən Daşkəsən rayonunda qeydiyyatda olub Gəncədə yaşayan, əvvəllər məhkum olunmuş, 42 yaşlı Muraz Məmmədov saxlanılıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, onun əlindəki çantadan 2 kq 950 qram marixuana və 850 qram heroin aşkar edilərək götürülüb: Davam etdirilən əməliyyat axtarış tədbirləri nəticəsində Muraz Məmmədovun şəhər ərazisində gizlətdiyi 850 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar ekspertizaya təqdim olunub. Muraz Məmmədov istintaqa təhvil verilib”.

Saxlanılan Muraz Məmmədov əməlini etiraf edib: “Marixuananı tapmışdım. Tapdığım üçün də ondan bir-iki dəfə istifadə etdim. İstifadə etdiyim müddətdə polis tərəfindən yaxalandım. Etdiyimdən çox peşmanam”.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın