16:00 01 Aprel 2020 230
Ana səhifə Xəbərlər

Gəncədə küçə və məhəllələr dezinfeksiya olunur

Koronavirus epidemiyasının qarşısını almaq üçün Gəncədə 860 çoxmərtəbəli yaşayış binası dezinfeksiya olunub. Hazırda şəhərin qəsəbələrində məhəllələr, küçə və fərdi evlərin qarşısı xüsusi məhlulla yuyulur.

APA TV-nin yerli bürosunun məlumatına görə, xloramin, xlorlu dərman maddələri ilə təchiz olunan 4 briqada Gülüstan qəsəbəsində məcburi köçkünlərin yaşadığı ərazidə küçələrin dezinfeksiyasını aparıb.

Gəncə Şəhər Dezinfeksiya Stansiyasından verilən məlumata görə,Məhsəti qəsəbəsində dezinfeksiya işləri aparılıb. Həmçinin Natəvan, Cavadxan qəsəbəsinin məhəllələri də dezinfeksiya olunub. Şıxzamanov qəsəbəsində də dezinfeksiya işləri aparılacaq.

Dezinfeksiyanın aparılması hava-damcı yolu ilə yayılan infeksiyaların qarşısını almaq və sakinlərin sağlamlığını təmin etmək məqsədi daşıyır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın