01:43 17 Sentyabr 2020 263
Ana səhifə Xəbərlər

Gəncədə maşının vurduğu piyadalardan biri öldü

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.1999-cu il təvəllüdlü Elçin Kərimli Ceyhun oğlu idarə etdiyi "Wolksvagen" markalı minik avtomobilli yolu keçən iki piyadanı vurub. Onlardan biri - Bağırov Bəxtiyar Rasim oğlu hadisə yerində ölüb, digər piyada 1995 ci il təvəllüdlü Qurbanov Qədim Aqil oğlu isə yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın