Gəncədə mikroavtobus piyadanı vurub
Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb. 3 saylı marşrut xətti ilə işləyən “Qazel” markalı mikroavtobus yolu keçmək istəyən, şəhər sakini 1987-ci il təvəllüdlü Ələkbərov Hamlet Arif oğlunu vurub.
Yaralı dərhal xəstəxanaya aparılıb. 32 yaşlı oğlanın vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisəni törədən sürücü polisə ifadə verib, mikroavtobus isə cərimə meydançasına aparılıb.
Fakt araşdırılır.