18:38 17 Yanvar 2021 105
Ana səhifə Xəbərlər

Gəncədə narkotik istifadəçiləri saxlanılıb – ƏMƏLİYYAT

Gəncədə narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

APA TV xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, Elsevər Əmirov saxlanılıb. Əmirovun yaşadığı mənzilə baxış zamanı oradan xeyli miqdarda narkotik vasitə olan “heroin” və “metamfetamin” aşkarlanıb.

Gəncə polisinin keçirdiyi digər bir əməliyyat tədbirləri ilə şəhər sakini, Zahir Hüseynovun üzərindən 28 qram narkotik vasitə olan, qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. Hüseynovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun, şəhər ərazisindəki sahibsiz yarımtikilidə gizlətdiyi, 3 kq 490 qram qurudulmuş “marixuana” da aşkar edilərək götürülüb.

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın