07:20 29 Mart 2020 500
Ana səhifə Xəbərlər

Gəncədə polislər ahıllara baş çəkib və ərzaq yardımı edib

Gəncədə yaşı 65 dən yuxarı olan tək yaşayan şəxslərə ərzaq yardımı edilib.

APA TV -nin yerıi bürosunun verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları və Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının təşəbbüsü ilə yaşı 65-dən yuxarı olan və tək yaşayan şəxslərlə ərzaq yardımı edilib.

Gəncə şəhər Baş Polis İdarəsi və Koronavirusa Qarşı Mübarizə Qərargahının nümayəndələri ölkədə tədbiq olunan xüsusi karantin rejiminə uyğun olaraq çölə çıxa bilməyən tənha, ahıl şəxslərin evlərinə baş çəkiblər.

Nümayəndələr onların səhhəti ilə maraqlanıb, maarifləndirci söhbətlər aparıblar.Söhbət zamanı onlara Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan edilən xüsusi karantin rejiminin qaydaları bir daha xatırladılıb.

Həmçinin birdirilib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Çağrı mərkəzi” fəaliyyət göstərir. Ehtiyac yaranndıqda qeyd olunan nömrə ilə əlaqə saxlayaraq, məlumat ala və köməklik göstərilməsini xahiş edə bilərlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın