05:20 25 Yanvar 2020 674
Ana səhifə Xəbərlər

Gəncədə qadın süni gölə düşərək boğuldu

Gəncədə bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Yeni Gəncə yaşayış massivindəki istirahət parkında yerləşən süni göldə qeydə alınıb.

Belə ki, parkın təmizlik xidmətinin əməkdaşı 55 yaşlı Lətifə Paşayeva iş zamanı ehtiyatsızlıqdan gölə düşərək boğulub. Yaxınlıqda olanlar ona kömək etməyə çalışsa da bu, mümkün olmayıb.

Hadisə yerinə təcili tibbi yardım xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.Lətifə Paşayevanın meyiti Ədliyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın