19:07 30 Noyabr 2020 175
Ana səhifə Xəbərlər

Gəncədə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində 50 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, mərasimdə qeyd edilib ki, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün bu il rekord səviyyədə - 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1000-i təqdim edilib və proses davam edir.

Bu günə qədər Azərbaycanda 8000 mindən artıq ev və 7000 mindən artıq avtomobil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib.

Qeyd edək ki, ümumilikdə bu gün 107 şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzil və fərdi evlə təmin olunub.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın