16:22 21 Yanvar 2021 66
Ana səhifə Xəbərlər

Gəncədə tibb işçilərinə koronavirusa qarşı peyvənd vurulmasına başlandı

Paytaxtla yanaşı bölgələrdə də COVID 19-a qarşı peyvəndləmə işlərinə başlanılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, artıq ötən gün vaksinlər Gəncənin tibb ocaqlarına verilib. Bir gün müvafiq şəraitdə saxlanıldıqdan sonra bu gün peyvəndləmə işlərinə start verilib. İlkin mərhələdə risk qrupuna daxil olan tibb işçiləri peyvənd olunur. Onlara peyvənd olunmalarına dair pasportlar da verilir:

Peyvənd olunan tibb bacısı Kövsər Əliyeva deyir ki, özündə heç bir narahatlıq hiss etmir: “Vaksinasiya vurulub heç bir narahatçılıq yoxdur, çox yaxşı, özümü yaxşı hiss edirəm. Özüm də təzyiqli adamam, amma yenə yaxşı hiss edirəm, heç bir fəsad yoxdur”.

Peyvəndlənmədən sonra hansısa narahatlıq hiss etsələr həmin pasportun arxa hissəsində bununla bağlı məlumat qeyd olunmalıdır.

Həkim Əminə Cəfərovanın sözlərinə görə, peyvəndləmə iki mərhələdə aparılır. Hazırda peyvənd olunan şəxslərə 21 gündən sonra təkrar vaksinlər vurulacaq: “Artıq 72 nəfərə vaksin vurulub. Peyvəndləmə işi şəhərimizdə 5 nöqtədə aparılır. 6 saylı poliklinikada, mərkəzi klinik xəstəxanada, beynəlxalq xəstəxanada, tibb mərkəzində və 2 saylı şəhər poliklinikasında. Risk qrupu olanlar əsas dəvət olunub vaksinasiyaya, birinci olaraq tibb işçilərindən başlanılıbdır. Sonra isə 65 yaşdan yuxarı əhali dəvət olunacaqdır.

İlkin mərhələdə 300 doza vaksin Gəncəyə gətirilib. Xəstəxanalarda xüsusi gözləmə otaqları yaradılıbdır ki, vaksinasiyadan sonra insanlar orda bir neçə dəqiqə qalır və bu müddətdə həkimlər vaksinin necə təsir etdiyini yoxlayırlar. Vaksinasiya könüllülük əsasında aparılır.

Fuad Nazim oğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın