14:40 12 Noyabr 2019 40
Ana səhifə Xəbərlər

Gəncədə zəncirvari qəza: 3 maşın toqquşdu

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-NİN yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, Anar Hüseynov idarə etdiyi “Hyunday” markalı yük maşını ilə hərəkətdə olarkən Mufti Hüseynovun idarə etdiyi “Mercedes” markalı minik maşınına çırpılıb. Daha sonra isə “Mercedes” “Land Rover”ə dəyib. Qəza zamanı xəsarət alan olmasa da, hər 3 avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəzaya səbəb avtomobillərdən birinin ara məsafəsini düzgün seçməməsidir. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın