21:20 09 Noyabr 2019 41
Ana səhifə Xəbərlər

Gəncədə zəncirvari yol qəzası baş verib

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Fikrət Abuzərov idarə etdiyi “Mercedes Vito" markalı mikroavtobusla hərəkətdə olan zaman aindən yolda dayanıb. Bu zaman arxadan gələn “VAZ 2107" markalı minik maşının sürücüsü Vüsal Kərimov qarşıdakı avtomobilin dayandığı görüb nəqliyyat vasitəsini saxlayıb. Arxadan gələn digər sürücü Tural Musayevin idarə etdiyi "Mercedes"markalı minik maşını “VAZ-2107”ə çırpılıb. Zərbənin güclü olması səbəbindən “VAZ-2107” qabağında dayan "Mercedes Vito" markalı mikroavtobusadəyib. Qəza zamanı xəsarət alan olmasa da, hər 3 avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Qəzaya səbəbara məsafəsini düzgün seçməməsi olub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın