12:04 08 Avqust 2020 429
Ana səhifə Xəbərlər

Gəncədən Balakənə istirahətə gedən dostlar cərimələndi

Karantin qaydalarını pozaraq, Gəncədən Balakənə istirahətə gələn dostlar cərimələnib.

APA TV-nin məlumatına görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində keçirilən reydlər zamanı sərt karantin rejimi elan edilən Gəncə şəhərindən icazələri olmadan, qaydaları pozaraq istirahət məqsədilə Balakənə gələn 5 nəfər müəyyən edilib.

Onlar Polis Şöbəsinə dəvət edilərək, profilaktik söhbətlər aparılıb. Karantin rejiminin qayda və tələbləri həmin şəxslərə izah olunub. Qaydaları pozduqları üçün barələrində protokol tərtib edilərək, cərimələniblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın