16:40 27 Mart 2020 391
Ana səhifə Xəbərlər

Gəncəyə giriş-çıxış məhdudlaşdırıldı

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncə şəhərinə giriş-çıxış məhdudlaşdırılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, şəhərə daxil olan əsas beş istiqamətdə Goranboy, Göygöl, Şəmkir, Samux və Daşkəsən rayonları istiqamətində polis postları qurulub.

Postlardan şəhərə yalnız Gəncə qeydiyyatında olan vətəndaşlar və avtomobillərin girişinə icazə verilir.

Koronavirus infeksiyasına yoluxmuş şəxslərin digər rayonlardakı insanları yoluxdurmaması məqsədilə postlarda vətəndaşların hansı rayonun sakini olduğu yoxlanılır. Operativ nəqliyyat vasitələri, təcili tibbi yardım maşınları, o cümlədən iş yeri başqa rayon olan şəxslər istisna olmaqla, digərləri geriyə, sakini olduğu rayona qaytarılır.Qeyd edək ki, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan edilib.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Gəncə

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın