13:20 13 Avqust 2019 72
Ana səhifə Xəbərlər

Goranboyda bir ailə qəzaya düşdü, baba öldü

Goranboyda bir ailənin üç üzvü avtomobil qəzasına düşüb, onlardan biri ölüb. APA TV-nin Mingəçevir bürosunun xəbərinə görə, hadisə Goranboy-Borsunlu avtomobil yolunun Rəhimli kəndi ərazisindən keçən hissəsində baş verib. “VAZ-2115” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində avtomobildə olan Kəlbəcər rayon sakinləri - baba, oğul və nəvə ağır xəsarət alıb. 1940-cı il təvəllüdlü baba Hümbət Tağıyev hadisə yerində ölüb, onun 1960-cı il təvəllüdlü oğlu Güloğlan Tağıyev və 1995-ci il təvəllüdlü nəvəsi Xaliq Tağıyev isə müxtəlif bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata əsasən, yaralıların durumu qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın