10:00 28 Mart 2020 209
Ana səhifə Xəbərlər

Goranboyda minik maşını dəmir arakəsməyə çırpıldı, iki nəfər yaralandı

Goranboyda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb. Rayon sakini, 1949-cu il təvəllüdlü Yaşar Musayev idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişinlər - Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Esmira Bağırova və Şəmkir rayon sakini, 1956-cı il təvəllüdlü Qənirə Həsənova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılara lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin ehtimala görə, qəzaya qarşıdan gələn avtomobilin işığının sürücünün gözünə düşməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın