08:40 10 Oktyabr 2019 24
Ana səhifə Xəbərlər

Goranboyda qonşu qadınlar at üstündə dalaşdı – ƏL-QOLUNU BAĞLAYIB DÖYÜBLƏR

At qonşular arasında davaya səbəb olub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Goranboy rayonunun Əlirzalı kəndində baş verib.

35 yaşlı kənd sakini Sahilə Ələkbərova qonşunun çəpərinin yaxınlığında olan atı gətirən zaman Firduz Dəmirova və övladları qadına hücum edib. Onlar 35 yaşlı qadının əl-qolunu bağlayaraq onu döyüblər. Səs-küyə digər qonşular gəlib və döyülən Sahilə Ələkbərovanı xilas ediblər. Zərərçəkən Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Zərərçəkənin həyat yoldaşı Xaliq Bayramov qadının ata bağlayıb süründürülməsi barədə xəbərləri təkzib edərək, əl-ayağının bağlanaraq döyüldüyünü deyib. O, həmçinin həyat yoldaşını döyən qonşuları ilə 6 ildən artıqdır küsülü olduqlarını da bildirib.

Goranboy Rayon Mərkəzi Xəstəxanasından Sahilə Ələkbərovanın vəziyyətinin normal olduğu bildirilib. Sahilə Ələkbərovanı döyən həmkəndlisi isə polis şöbəsinə dəvət edilərək izahatı alınıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın