Goranboyda yanğın baş verdi – EV SAHİBİ ÖLDÜ
Goranboyda güclü yanğın baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Kürəkçay qəsəbəsində qeydə alınıb. Taxta materialdan inşa edilən, ayrı-ayrı vətəndaşlara məxsus 5 ev anidən yanmağa başlayıb.
Nəticədə evlərdən birinin sahibi 1976-cı il təvəllüdlü Altay Verdiyev yanaraq dünyasını dəyişib. Onun həyat yoldaşı Mehriban Verdiyeva isə yanıq xəsarətləri alıb.
Hadisə zamanı ev sahibinin iki azyaşlı övladı da evdə olub. Xoşbəxtlikdən azyaşlılar ciddi xəsarət almayıblar.
Dərhal hadisə yerinə Goranboy Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Ev sahibi Altay Verdiyevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb. Məlumata görə, yanğın qaz sızmasından baş verib.
Fuad Nazimoğlu
Mehdi Məmmədov