16:39 04 İyun 2020 521
Ana səhifə Xəbərlər

Göyçay sakini özünü körpüdən çaya atdı – BORCU VAR İMİŞ

Göyçay rayonunda intihar hadisəsi baş verib.

APA TV-nin yerli bürosu xəbər verir ki, hadisə bu gün Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən körpüsündə qeydə alınıb.

Əslən Alıkənd kəndindən olan və Göyçay şəhərində yaşayan 1967-ci il təvəllüdlü Elçin Məmmədov özünü körpüdən çaya atıb. O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Onun meyiti çaydan çıxarılaraq ailəsinə təhvil verilib. Elçin Məmmədovun pul borcu olduğuna görə özünə qəsd etdiyi bildirilir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın