00:00 09 Noyabr 2019 119
Ana səhifə Xəbərlər

Göyçayda 14-cü Nar festivalı başladı

Göyçayda ənənəvi Nar festivalı başlayıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, bu, sayca 14-cü festivaldır. 14-cü festival Bayraq günü ilə üt-üstə düşdüyündən daha əlamətdardır.

Göyçaya gələn dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları bayraq meydanında üçrəngli bayrağımızın ucaldılması mərasimində iştirak edib, Bayraq Muzeyi ilə tanış olublar.

Festivalın açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edib. İki gün davam edəcək tədbir meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyətlidir.

Festival çərçivəsində sərgi-yarmarkası, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirində çıxış ediblər. Tədbir zamanı nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar keçirilib.

Xanəndələrin ifasında nara həsr olunmuş milli musiqi, muğam və folklor nümunələri təqdim edilib. Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin sakinləri tərəfindən nardan hazırlanan məhsulların sərgisi ilə tanış olublar.

Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnən narın dadına baxıb, ən böyük nar nümayiş olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın